Menu

Rusiya Çinə Su-35 qırıcıları satmağa hazırlaşır

16.06.2015, 00:50
Rusiya Çinə Su-35 qırıcıları satmağa hazırlaşır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya, Çin Xalq Respublikasına (ÇXR) Su-35 qırıcı təyyarələri satmağa hazırdır və bu barədə müvafiq kontrakt imzalmağa ümid edir. Bu barədə xəbəri Parisdə təşkil olunmuş 51-ci aviasiya-kosmik salondakı Rusiya nümayəndə heyətinin başçısı və hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin direktor müavini Konstantin Biryulinə istinadla «TASS» yayıb.

Biryulin deyib: «Hazırda Su-35 qırıcı təyyarələrin dünya döyüş aviasiyası bazarında yayılması işləri aparılır. Rusiya tərəfi ümid edir ki, yaxın perspektivdə həmin təyyarələrin alınması barədə ÇXR-lə müqavilə imzalanacaq. Biz həm də bu qırıcıların həmkarımız olan digər ölkələrə satılması barədə müqavilələr imzalamağa ümid edirik...».

Hindistan istehsalı olan Su-30 MKİ qırıcılarının təkmilləşdirilməsi məsələləri ilə bağlı vəziyyəti şərh edən Rusiya nümayəndə heyətinin başçısı onu da qeyd edib ki, hal-hazırda hindistanlı həmkarlarla Su-30 MKİ təyyarələrinin kompleks modernləşdirilməsi işlərinin həyata keçirilməsi barədə danışıqlar aparılır. Bu təyyarələrin ilk satışı 20 il əvvəl baş tutub.

Ötən il oktyabrın sonunda «Rosoboroneksport»un baş direktor müavini Sergey Ladıgin xəbər verib ki, Rusiya və Çin Su-35 mövzusunda danışıqları davam etdirirlər və sənədlərin razılışdırılması prosesi gedir: «Çox mürəkkəb mövzudur, çoxlu sayda dövlətdaxili razılaşmaları nəzərdə tutur və ümumiyyətlə, bu məsələdə tələsmək olmaz...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol