Menu

İrandan Azərbaycana narkotik daşınmaları davam edir - Həbs olunan var

16.06.2015, 13:21

narko-emeliyyat_583Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Hacıyev Azər Ağasəlim oğlu saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından 2 ədəd ayrı-ayrı bükümlərdə, 1 ədəd bükümdə xalis çəkisi 0,764 qram olan narkotik vasitə - tiryək, digər bükümdə isə xalis çəkisi 8,864 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol