Menu

Türkiyəyə 23 min qaçqın keçib

16.06.2015, 23:12
Türkiyəyə 23 min qaçqın keçib

BMT son həftələrdə Suriyanın şimalından Türkiyəyə 23 min qaçqın keçdiyini bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə BMT-nin qaçqınlar üzrə Ali kommisarının sözçüsü William Spindler xəbər verib.

Onun sözlərinə görə, onların əksəriyyəti sərhəddə yerləşən Tel-Abyad şəhərindən gəliblər. Spindel bildirib ki, qaçqınların arasında İraqın Mosul, Ramadi və Əl-Fəllucə şəhərlərindən olan 2183 iraq qaçqını da var.

İŞİD terror qruplaşmasının nəzarətində olan bu şəhər iyunun 15-də “Kürd xalq müdafiə qüvvələri” nin nəzarətinə keçib.

Əməliyyatda ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın təyyarələri də iştirak edib. Hazırda Suriya və İraqın bir sıra əyalətləri İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Amma bu qrup son vaxtlar İraq-Suriya-Türkiyə sərhədi boyunca xeyli ərazidən çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol