Menu

Məşhur milyarder prezident ola bilər

17.06.2015, 09:24
Məşhur milyarder prezident ola bilər

Amerikalı miyarder İŞİD-ə qan udduracağını iddia edir.

Amerikalı milyarder Donald Tramp prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib. Anspress-in məlumatına görə, Donald Tramp bəyanatını Trump Tower göydələnində Bakı vaxtı ilə saat 20.00-da səsləndirib.

Donald Tramp özünü ölkəsinin əvvəlki əzəmətini qaytara biləcək yeganə namizəd sayır. Prezident seçilərsə, İŞİD-ə qalib gələcəyini vəd edən Tramp, həmçinin İranın nüvə silahı hazırlamasının qarşısını alacağına, bütün ölkə ərazisində yeni iş yerləri açacağına və büdcə kəsirini azaldacağına da söz verib.

Donald Trampın fikrincə, nə Buşun, nə də Hillarinin qələbə qazanmaq üçün heç bir şansı yoxdur.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol