Xarici KİV-in məlumatına görə, ABŞ Avropaya göndərdiyi silahları yalnız Almaniyada saxlayır (TASS).
ABŞ hakimiyyət dairələri Avropadakı Amerika ağır silahlarının məhz harada saxlanması barədə hələlik yekun qərar qəbul etməyib. Bu fikri Avropadakı ABŞ quru qoşunlarının komandanı general-leytenant Ben Hodces səsləndirib: «Yer barədə yekun qərar ABŞ müdafiə naziri Eşton Karterin səlahiyyətindədir. Bütün texnika Almaniyada saxlana bilər ki, hər il ABŞ-dan Avropaya 2-3 aylığa gələn briqada əsgərlərinin rotasiyası əsasında istifadə oluna bilsin. Onlar Qrafenverdəki və Manheymedəki anbarlardan istifadə edə bilərlər...» (Rosbalt).
Pentaqon nümayəndəsi sonralar əlavə texnikanın Şərqi Avropada saxlana bilcəyini istisna etməyib.
General qeyd edib ki, ABŞ silahlarının dislokasiya yeri barədə qərar iyunun 24-25-də Brüsseldə keçiriləcək NATO ölkələri müdafiə nazirlərinin görüşündə qəbul oluna bilər.
AzPolitika.info


Şərhlər