Menu

Güləşçilərimiz 1/4 finalda

17.06.2015, 12:44
Güləşçilərimiz 1/4 finalda

İyunun 17-dən “Bakı-2015” Birinci Avopa Oyunlarında sərbəst güləş üzrə kişilərin yarışına start verilib. Modern.az xəbər verir ki, Milli komandamızın 4 idmançısı 1/4 finala çıxıb.

57 kq çəki dərəcəsində 1/8 final mərhələsində mübarizə aparan Yaşar Əliyev fransalı El Ourraqe Zoheir ilə üz-üzə gəlib. Həmyerlimiz 9-4 hesabı hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə çıxdı.

***

65 kq çəkidə Olimpiya çempionu Toğrul Əsgərov 1/8 final mərhələsində moldovalı Mihail Savanı 10-0 təmiz qələbə udub.

***

74 kq çəki dərəcədə Cəbrayıl Həsənov macarıstanlı Naqi Mihalyni 10-0 təmiz qələbə ilə udub növbəti mərhələyə keçib.

***

97 kq çəkidə Xetaq Qazyumov polşalı Radoslav Barana 10-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol