Xarici KİV-in yaydığı məlumata görə, NATO hava polisinin qırıcı təyyarələri Latviya sərhədində Rusiyanın 5 hərbi təyyarəsini «tutub». Bu barədə xəbəri Latviya Milli silahlı qüvvələri mətbuat xidməti yayıb (Rosbalt).
Məlumatda deyilir: «İyunun 16-da hava polisinin qırıcıları Baltik dənizi üzərində, Latviya sərhədi yaxınlığında Rusiya silahlı qüvvələrinə məxsus İl-20, A-50, An-26 və iki MiQ-31 təyyarələrini «tutub»lar...». Qeyd olunur ki, təyyarələr Baltik ölkələrinin hava məkanını pozmayıblar.
Latviya müdafiə nazirliyinin məlumatına görə, 2014-cü ildə sərhədyanı ərazilərdə Rusiya silahlı qüvvələrinə məxsus hava və dəniz gəmilərinin fəallığı əhəmiyyətli dərəcədə artıb. Nazirliyin iddiasına görə, Rusiyanın hərbi təyyarə və gəmiləri Latviya sərhədlərinə 250 dəfədən artıq yaxınlaşıblar.
Bununla bərabər, Rusiya müdafiə nazirliyində qeyd ediblər ki, hava və dəniz hərbi gəmiləri Baltik dövlətlərinin sərhədlərini keçmirlər. Latviya tərəfi isə təsdiqləyir ki, ölkənin hava sərhədləri 10 dəfədən artıq pozulub.
AzPolitika.info


Şərhlər