Menu

Rusiya torpaqları çinlilərə icarəyə verilir!

17.06.2015, 18:07
Rusiya torpaqları çinlilərə icarəyə verilir!

Rusiya KİV-nin yaydığı məlumata görə, kənd təsərrüfatı üçün yaralı torpaqların çinli investora icarəyə verilməsi planlaşdırılan «Zabaykalye»də rayon və kənd başçıları bu layihəni alqışlasa da, yerli sakinlər əleyhinə çıxış edirlər (Rosbalt).

«ZabMedia» nəşrinin məlumatına görə, Uletovsk rayonunun başçısı Sergey Savin bəyan edib ki, torpaqları icarəyə vermək olar, amma bu məsələyə səliqə ilə yanaşmaq lazımdır: «Baxmaq lazımdır, torpağı kimə veririk? Gərəkdir ki, az-çox, nüfuzlu şirkət olsun. Mən bilirəm ki, torpaqlarda şam ağacları böyüməkdənsə, onu əkib-becərmək lazımdır. Amma heç olmasa, emal texnologiyaları bizimki olmalıdır. Çoxlu kübrədən istifadə etmək lazım deyil, əks təqdirdə, becərilmiş pomidoru yemək mümkün olmayacaq...».

Savin qeyd edib ki, hal-hazırda Uletovsk rayonundakı 158 min hektar toprağın 30 min hektarı kəndlərin sərəncamındadır. Onlar həmin torpaqları müstəqil şəkildə iddiaçı şirkətlərə icarəyə verə bilərlər.

O ki, qaldı yerli sakinlərin çinli məhsul istehsalçıları ilə mümkün qonşuluğa olan münasibətə, Savin qeyd edib ki, bəziləri üçün bunun fərqi yoxdur, bəziləri isə qəti əleyhinədir.

Nerçinsk-Zavodskoy rayonu administrasiyasında isə «ZabMedia»ya deyiblər ki, hazırda bu rayonda icarə istifadəsinə verilə biləcək torpaq sahəsi yoxdur. Administrasiya nümayəndəsi bu barədə belə deyib: «İndiki halda rayon ərazisində belə torpaq yoxdur. Rayon hüdudları daxilindəki torpaq sahələrinin heç biri kənd təsərrüfatı istehsalı üçün hazır deyil. Üstəlik də bir dəqiqənin içərisində çinliyə uzunmüddətli icarəyə verilmək üçün. Mən təsəvvür edə bilmirəm, rayon administrasiyası harada bu qədər hektarlıq torpaq sahəi toplaya biləcək ki, sonradan becərmək mümkün olsun?..». O, həm də qeyd edib ki, rayon sakinləri vilayət hökumətinin belə qərarına qarşı çıxırlar.

Çinli investorun maraqlandığı Mirsanovo kənd administrasiyasının başçısı («Zabaykalye») Svetlana Abramova «Çita.ru» informasiya agentliyinə deyib ki, bunların torpağı və analoji kənd təsərrüfatı layihələri var, amma pulu yoxdur. Çinlilərin isə pulu var: «Mən, başçı kimi çox fikirləşirəm ki, kənddə iqtisadiyyat inkişaf etsin, çünki iqtisadiyyatsız, kənd öləcək. Bax, belə! İndi gözləyirik ki, nə vaxt kütləvi dinləmələr olacaq? Tezliklə bunun tarixi məlum olacaq, gözləyirik...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol