Menu

AzDP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası təmin edilmədi

17.06.2015, 18:55
AzDP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası təmin edilmədi

Azərbaycan Demokratlar Partiyasının (AzDP) Ədliyyə Nazirliyinə qarşı iddiası təmin edilməyib.

Strateq.az xəbər verir ki, dünən Ali Məhkəmə Kollegiyasında Milli Təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərin qurucusu olduğu Azad Demokratlar Partiyasını qeydiyyata almadığına görə Ədliyyə Nazirliyinə qarşı iddia üzrə məhkəmənin növbəti iclası keçirilib. Ali Məhkəmənin hakimi Sevda Hüseynovanın sədriliyi ilə keçən prosesdə işin yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, məsələ ilə bağlı Ali Məhkəmə Kollegiyasının ilk iclası aprel ayının 29-a təyin edilmişdi. Həmin iclasda iddiaçı dinlənildikdən sonra hakim əlavə araşdırmaya ehtiyac olduğu üçün prosesi iki həftə müddətinə təxirə salmışdı. May ayının 13-də isə hakim Sevda Hüseynovanın təlimdə olmasını əsas gətirərək proses qeyri-müəyyən müddətə təxirə salınıb. İyunun 10-da davam etdirilən proses AzDP tərəfinin vəkilinin və qarşı tərəfin iştrak etməməsini əsas gətirərək hakim prosesi iyunun 17-ə qədər təxirə salmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol