Menu

Bakı-2015: Toğrul Əsgərov qızıl medal qazandı - VİDEO

17.06.2015, 20:17
Bakı-2015: Toğrul Əsgərov qızıl medal qazandı - VİDEO

Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, güləşçimiz finalda Frank Kamizo Marqueslə (İtaliya) üz-üzə gəlib.

London Olimpiadasından sonra ən yaxşı formasında olan idmançımız son döyüşünü qələbə ilə başa vurub. Toğrul hesabda 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, ilk hissədə cütün taleyini həll edib. Təmiz qələbə qazanan Olimpiya çempionumuz qızıl medallarımızın sayını 9-a, ümumilikdə isə mükafatlarımızın sayını 20-yə çatdırıb.

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov isə üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, onun qazandığı bürünc medal yığmamızın 21-ci mükafatı olub.

Cəbrayıl Həsənov da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 10:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Soner Dəmirtaşla qüvvəsini sınayıb. Cəbrayıl 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:5 hesabı ilə uduzub.

Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol