MERS virusuna yoluxanların ümumi sayı 165 nəfər təşkil edib.
Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 23-ə çatıb. Anspress-in məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada baş verən sonuncu ölüm halı barədə xəbəri “Yonhap” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan üç nəfərin dünyasını dəyişməsilə ilə ölənlərin sayı 23-ə çatıb.
Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən 17 nəfərin də vəziyyətinin ağır olduğu barədə məlumat yayıb. Beləliklə MERS-dən əziyyət çəkənlərin sayı 165 nəfər olub.
Qeyd edək ki, Cənubi Koreyada MERS virusuna yoluxan 6729 nəfərin karantində olduğu bildirilir.


Şərhlər