Menu

Türkiyə sərhədi üçün Əsəd və İŞİD-in planı...

18.06.2015, 13:26
Türkiyə sərhədi üçün Əsəd və İŞİD-in planı...

Bəşər Əsədlə İŞİD arasında gizli danışıq aparılıb...

Suriyanın dövlət başçısı Bəşər Əsədlə İŞİD terror təşkilatı arasında gizli danışıq baş tutub. Gizli görüş Suriyanın Haseki şəhərində keçirilib.

Türkiyənin baş naziri Əjməd Davudoğlu gizli görüşlə bağlı danışıb və bildirib ki, nəticədə Suriya qüvvələri iki bölgədən geri çəkilib. Həmin ərazidə İŞİD irəliləyib.

O, qeyd edib ki, Kobanidə uzun müddət qarşıdurma olmasına baxmayaraq, Tel Abyat vilayətində İŞİD müqavimət göstərmədən geri çəkilib və buna diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, danışığın nəticəsi olaraq qərara alınıb ki, Türkiyə sərhədindəki Kulis şəhərinə qədər nəzarəti ələ keçirmək lazımdır. Həmçinin, bütün sərhəd boyu İŞİD və digər terror qruplaşmaların nəzarət edə biləcəyi bir sədd yaratmaq müzakirə edilib. Suriya rejimi buna görə havadan dəstək verməyi də üzərinə götürüb. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol