İyunun 21-də Avropa İttifaqında Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması müzakirə ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Avstriyanın Moskvadakı səfiri Emil Briks bildirib ki, müzakirələr Avropa İttifaqının xarici işlər nazirləri Şurasının iclasında baş tutacaq.
Onun sözlərinə görə, söhbət sanksiyaların genişləndirilməsindən deyil, onların müddətinin uzadılmasından gedir.

Şərhlər