Menu

Təhsil Nazirliyi əsgər atasının şikayətinə reaksiya verdi - RƏSMİ CAVAB

18.06.2015, 16:59
Təhsil Nazirliyi əsgər atasının şikayətinə reaksiya verdi - RƏSMİ CAVAB

Dünən saytımızda dərc olunan birinci qrup Çernobıl əlili Seyidli Mirsahib Nuru oğlunun şikayət məktubuna Təhsil Nazirliyi reaksiya verib.

Mirsahib Seyidli şikayət məktubunda Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsində qarşılaşdığı süründürməçilikdən gileylənir. Onun yazdığına görə, YÖS sistemi ilə

Qazaxıstan Respublikası Türkestan şəhərində yerləşən Əhməd Yəsəvi adına Türk-Kazak universitetində təhsil almış, hazırda hərbi xidmətdə olan oğlunun diplomunu, təsdiqlətmək üçün Təhsil Nazirliyinin Nostrifikasiya şöbəsinə təqdim edib. Ancaq uzun get-gəldən, süründürməçilikdən sonra ondan rüşvət tələb olunub. Mirsahib Seyidlinin iddiasına görə, Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsinin müdiri Nəzakət Hacıyeva əks halda diplomun təsdiqlənməyəcəyini bildirərək, "Hara istəyirsizsə şikayət edin. Buranın ağası bizik. Bizə heç kim heç nə edə bilməz” deyə bildirb.

Bu məktubla bağlı Təhsil Nazirlyindən “AzPolitika.info”-ya göndərilən cavab məktubunda isə Mirsahib Seyidlinin iddiaları təkzib olunur. Məktubda bildirilir: "Vətəndaş Seyidli Mirsahib Nuru oğlunun övladının H.Ə. Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti tərəfindən verilmiş diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsi qarşılığında ondan rüşvət istənilməsi barədə bəzi mətbuat orqanlarında gedən məlumatlarla bağlı aşağıdakıları bildiririk:

Vətəndaş Seyidli Miryunis Mirsahib oğlunun diplomunun tanınması (nostrifikasiyası) ilə bağlı ərizəsi və təkrar məktubları Təhsil Naziriliyi tərəfindən hər dəfə cavablandırılmış, müvafiq təşkilatlara ünvanlanmış sorğulara cavablar daxil olduqdan sonra 1 (bir) ay ərzində qəbul ediləcək qərar barədə məlumatlandırılacağı bildirilmişdir.

Müvafiq sənədlər Təhsil Nazirliyinə təqdim edildikdən sonra müraciətçi 12.05.2015-ci il tarixində Təhsil Nazirliyinə dəvət edilmiş və təqdim olunmuş təhsil sənədi ilə ixtisas bilikləri arasında əhəmiyyətli fərqlər aşkar edildiyi üçün Azərbaycan Respublikasının qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərinə əsasən, ona aldığı təhsilin Azərbaycan Respublikası təhsil sahəsindəki dövlət standartlarına uyğun gəlmədiyi barədə məlumat verilmişdir. Eyni məzmunlu məktub vətəndaşın ünvanına göndərilmişdir.

Hörmətlə, İnformasiya şöbəsi, QHT və KİV-lə iş sektoru."

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol