Menu

Putindən sonrakı Rusiya

18.06.2015, 18:31
Putindən sonrakı Rusiya

“Rusiya ilə Ukrayna arasındakı münaqişə uzunmüddətlidir və rusiyalıların fikrini korrupsiya və bacarıqsızlıqdan yayındırmaq üçün Qərblə uydurma münaqişənin tərkib hissəsidir.” Anspress-in məlumatına görə, bunu Prezident Vladimir Putinin sərt tənqidçisi kimi tanınan Mixail Xodorkovski Vaşinqtonun beyin mərkəzi sayılan Atlantika Şurasında çıxışı zamanı deyib.

O deyib ki, indi Rusiya-Ukrayna münaqişəsi Şimali və Cənubi Koreyanın bölünməsi kimi uzun sürə bilər. Bu münaqişənin dondurulması yeganə ağılabatan addım olar.

M.Xodorkovski çıxışı zamanı maraqlı açıqlamalar verib və bu, əsl gündəm yaradıb. Onun sözlərinə görə, neçəki Prezident Vladimir Putin hakimiyyətdədir Rusiya ilə real yaxınlaşma mümkün deyil: "Rusiyada hər şey bir adamın - Putinin əlindədir. Putindən sonra Rusiyanın qərb yönümlü olacağı heç şübhə doğurmur. Bu, mümkündür və ABŞ, Qərb onu sıralarına qəbul etməyə hər an hazır olmalıdır. Avropa İttifaqı və NATO buna hazır olmalıdır."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol