Menu

Ukrayna ordusu 3 əsgər itirdi

18.06.2015, 23:03
Ukrayna ordusu 3 əsgər itirdi

Ukraynanın şərqində gedən döyüşlərdə 3 əsgər ölüb, 14 nəfərsə yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçusu Andrey Lisenko bildirib.

Lisenko toqquşmaların səngimədiyini və bəzi ərazilərdə iri miqyasa keçdiyini qeyd edib.

BMT-nin məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hokumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Bu ilin fevralında Minskdə tərəflər arasında atəşkəs sazişi imzalansa da vaxtaşırı toqquşmalar olur və bu son vaxtlar daha artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol