Menu

Azərbaycan Rusiyadan 100 tank aldı

19.06.2015, 00:52
Azərbaycan Rusiyadan 100 tank aldı

Rusiyanın "Uralvaqonzavod" Dövlət Konserni Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tankının hamısını təhvil verib. ANS PRESS xəbər verir ki, "AzeriDefence"nin "Armiya -2015" forumunda iştirak edən əməkdaşını xəbərinə görə, bu barədə UVZ-nin stendindən məlumat verilib.

Tankların çatdırılması bir neçə ay əvvəl yekunlaşıb. Hazırda istehsalçı müəssisə ehtiyat hissələrin çatdırılmasını davam etdirir.

"Gördüklərimizdən çox məmnunuq. Azərbaycan tankçıları qısa müddətdə T-90-ların istismarını mənimsədilər. Bizdə olan məlumata görə hətta təlimlərdə yeni tankları tətbiq ediblər", - deyə UVZ rəsmisi bildirib.

Qeyd edək ki, T-90S tanklarının Azərbaycana çatdırılmasında 2013-cü ildə başlanıb. Tanklar ilk dəfə 2013 -cü ilin iyun ayında Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol