Menu

ABŞ Senatından Ukraynaya 300 milyon dollarlıq yardım

19.06.2015, 09:02
ABŞ Senatından Ukraynaya 300 milyon dollarlıq yardım

ABŞ Senatı Ağ Evin etirazına baxmayaraq Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı yeni qanun layihəsini qəbul edib. APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, yenilənmiş qanun layihəsinin lehinə 75, əleyhinə isə 25 senator səs verib.

Qanun layihəsi Ukraynaya 300 milyon dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutur.

Prezident Barak Obama qanun layihəsinə veto qoyacağını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol