Müasir dövrümüzdə dünya ən ağır qaçqın böhranı ilə üzləşib. Böhrana cavab isə görünməmiş dərəcədə qeyri-adekvatdır.
Bu, BMT-nin Qaçqınlar Komitəsinin illik hesabatında bildirilir.
Suriyada misilsiz qaçın böhranı yaşanır. Milyonlarla insan qonşu ölkələrdə sığınacaq tapıb.
Aralıq dənizi vasitəsi ilə Avropaya üz tutan çoxsaylı qaçqın xilas edilib. Bu il 100 mindən artıq miqrant Avropaya keçib. 2 mindən insan artıq suda boğulub.
BMT-nin bildirdiyinə görə, 2014-cü ildə 60 milyondan artıq insan evindən didərgin düşüb.
Livanda hər 5 adamdan 1-Ii qaçqındır. Türkiyə 1.7 milyon suriyalı qaçqını qəbul edib.
Böyük Səhraaltı ölkələrdən 3 min məcburi köçkün qeydə alınıb.
Birmadan minlərlə Rohinqya qaçqınına Malayziya və İndoneziya müvəqqəti sığınacaq verib.
Son 5 ildə dünyada 15 münaqişə qeydə alınıb. Onların 8-i Afrika qitəsinin payına düşür. Suriya, İraq və Yəmən olmaqla 3-ü Yaxın Şərq, 1-i, Ukrayna Avropada baş verib ("Amerikanın səsi").


Şərhlər