Menu

AKP-nin koalisiya düyününü həll edəcək düstur tapıldı

19.06.2015, 13:01
AKP-nin koalisiya düyününü həll edəcək düstur tapıldı

Türkiyədə seçki sonrası koalisiya müzakirələri davam etməkdədir. Son olaraq bildirilir ki, MHP ilə koalisiya qurulmasına normal yanaşan AKP, məsələ ətrafındakı maneələri aradan qaldırmaq istəyir. Bunun üçün hazırlıqların da başlandığı bildirilir.

Bildirilir ki, AKP həll prosesinin sona çatmasına deyil, “bütün vətəndaşlar üçün demokratikləşmə” məsələsini önə çəkəcək. Dörd nazirlə bağlı isə Məclis müzakirə aparacaq. Qeyd edilir ki, AKP daha çox MHP ilə koalisiya seçimi üçün müzakirələr aparır. AKP rəsmiləri MHP-nin koalisiya üçün önə sürdüyü 3 şərtin çətinlik olmadan necə həllini tapacağını müzakirə edirlər.

Bildirilir ki, AKP dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mövqeyini müzakirə etməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol