Menu

İsrailin baş nazirindən Ramazan mesajı

19.06.2015, 16:27
İsrailin baş nazirindən Ramazan mesajı

İsrailin baş naziri Benyamin Netanyahu Ramazan mesajı yayıb. Anspress-in məlumatına görə, o, müqəddəs ay münasibəti ilə yaydığı video müraciətində İsraildə yaşayan müsəlmanları təbrik edib.

Mesaj Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib: "İsrailin müsəlman vətəndaşlarına Ramazan ayının başlaması münasibəti ilə təbrik edirəm. Bu il də dünyada vəziyyətin o qədər də yaxşı olmadığını bilirik. Məzhəblər arası savaşlar, vətəndaş müharibələrinin yaşandığı bir zamanda müsəlmanlar Ramazan ayını qeyd edirlər".

Netanyahu bildirib ki, İsrail dini azadlığa hörmətlə yanaşan, ibadə azadlığını təmin edən dövlətdir: "Müsəlmanlar vətəndaşlarımız bunu hamıdan yaxşı bilir. Siz İsrail cəmiyyətinin ayrılmaz parçasısınız", - deyə baş nazirin mesajında vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol