Menu

Sumqayıt stansiyasında məskunlaşan məcburi köçkünlər köçürüləcək

19.06.2015, 17:07
Sumqayıt stansiyasında məskunlaşan məcburi köçkünlər köçürüləcək

Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt xəttində aparılan əsaslı təmir işləri çərçivəsində "Sumqayıt Sərnişin" stansiyasının binasında məskunlaşan məcburi köçkünlər ərazidən köçürüləcəklər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, stansiyada yaşayan sakinlərlə razılıq əldə olunub və yaxın günlərdə ailələrin köçürülməsi həyata keçiriləcək. Stansiyada yaşayan 40 ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ödəniləcək.

Məcburi köçkünlər ərazidən köçürüldükdən sonra "Sumqayıt Sərnişin" stansiyasında təmir bərpa işləri həyata keçiriləcək və sərnişinlərin sərb

Təmir tikinti işləri tam başa çatdıqdan sonra Bakı-Sumqayıt və əks istiqamətdə sərnişinlər yeni KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə etməklə mənzil başına 40 dəqiqəyə çata biləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol