Menu

Azərbaycanlı iş adamı aeroportda  saxlanıldı

19.06.2015, 18:23
Azərbaycanlı iş adamı aeroportda  saxlanıldı

Rusiyanın Bryansk vilayətinin sakininin bir neçə adama iri məbləğdə pul borcu olub - 1,3 milyon rubldan çox. Ona dair Rusiyanın Bryansk vilayəti üzrə Bryansk və Jiryatinsk rayon məhkəmələrində toplu məhkəmə icraatı açılıb. Oxu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2015-ci ilə qədər o, borcunu qismən ödəyirdi, sonra isə məhkəmə nümayəndəsi ilə əlaqə qurmayıb və qəbula gəlməyib. Öhdəçiliyin icbari yerinə yetirilməsi məqsədi ilə məhkəmə tərəfindən borclu olan şəxsin müvəqqəti olaraq Rusiya Federasiyası ərazisini tərk etməsinə qadağa barədə qərar qəbul edilir.

2015-ci ilin may ayında sahibkar Azərbaycan Respublikasına uçmaq məcburiyyətində qalıb. Qısa zaman ərzində 256 min rubl məbləğində olan qalan borc ödənilib, bundan başqa, 94 min icraat rüsumu da ödənilib.

Borcun tam ödənilməsinə baxmayaraq kişi Rusiyanı tərk edə bilməyib, belə ki, borcunu öncədən deyil, uçuşdan bir gün əvvəl ödəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol