Menu

Yeni rəisdən gözlənilməz əmr

20.06.2015, 08:58
Yeni rəisdən gözlənilməz əmr

Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi Georgi Lortkipanidze Odessanın girişində quraşdırılan bütün blok-postların ləğv olunmasına dair göstəriş verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, vilayət milisinin mətbuat xidmətinin məlumatına əsasən, blok-postlar artıq iyunun 18-i axşam saatlarından ləğv olunub.

“Hazırda total korrupsiya müşahidə olunmaqdadır, küçələrdə silahlı milis işçilərinin və şəhərin girişində blok-postların olması vətəndaşlarda narahatlıq hissi yaradır. Sakinlər milisdən qorxmamalı, əksinə onlara etibar etməli və qanuna hörmət bəsləməlidir. Bu səbəbdən də mənim əsas tələblərimdən biri blok-postları ləğv etmək və avtomat silahları təhvil verməkdir”, deyə Lortkipanidze qərarını şərh edib.

Qeyd edək ki, Gürcüstanın sabiq DİN rəhbərinin müavini Georgi Lortkipanidze iyunun 16-da Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə Baş İdarəsinin rəisi təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol