Menu

Ramil Usubovdan yeni rəis təyinatı

20.06.2015, 10:27

Ramil_Usubov_290710Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Azvision.az-ın məlumatına görə, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub.

Belə ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Astara Rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol