Menu

Cəlilabadda polisi əməliyyat keçirdi

20.06.2015, 11:46
Cəlilabadda polisi əməliyyat keçirdi

Keçirilən əməliyyat nəticəsində çətənə kolları aşkarlanıb. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabad rayon polis şöbəsinə Suleyman Babayev adlı şəxsin həyətində narkotika becərdiyi barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Süleyman kişinin həyətində 19 ədəd çətənə kolu əkdiyi məlum olub.

Polis əməkdaşları kolları məhv ediblər.

Evi sahibi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol