Menu

Azərbaycan bu idman növündə mübarizəni dayandırdı

20.06.2015, 14:23
Azərbaycan bu idman növündə mübarizəni dayandırdı

Kişilər çimərlik voleyboluunda 1/4 finala keçə bilmədik

Bu gün Bakı 2015-də kişilər arasında çimərlik voleybolu üzrə yarışların 1/8 finalı başlayıb. Anspress-in məlumatına görə, bu final mərhələsində yeganə Azərbaycan cütlüyü olan Neylton Santos və Yaroslav Rudix qələbə qazana bilməyib. Onlar Martins Plavins-Haralds Reqzadan ibarət Latviya komandası ilə mübarizədə 1:2 hesablı (22:20, 16:21, 13:15) ilə uduzublar.

Bununla da Azərbaycanın komandası çimərlik voleybolunda yarışlarda mübarizəni dayandırıb.

Kişilər arasında 1/8 finalın digər görüşlərində İsrail, Rusiya, İsveçrə, Belarus və Avstriya qalib çıxıb. 1/4 final oyunları saat 17:00-da başlanılacaq.

Hazırda çimərlik voleybolu üzrə qadınlar arasında yarım fianl oyunları keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol