MHP lideri Dövlət Baxçalı Kılıçdaroğlunun baş nazirlik təklifini rədd edib. Axar.az xəbər verir ki, rədd cavabı verməklə qalmayan MHP lideri erkən seçimlərə yaşıl işıq yandıraraq 15 noyabr tarixinin uyğun olduğunu bildirib.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu MHP lideri Dövlət Baxçalıya rəsmi koalisiya görüşləri başlamazdan öncə birlikdə hökumət qurmağı və ona baş nazir olmağı təklif edib.
Ötən gün isə CHP millət vəkili MHP başqanının AKP ilə koalisiyaya getdiyi barədə açıqlama vermişdi.


Şərhlər