Menu

Ermənistandan blokada etirafı

20.06.2015, 16:26
Ermənistandan blokada etirafı

Erməni rəsmilər Azərbaycanın və Türkiyənin tətbiq etdiyi enerji blokadasının ölkəyə 20 milyard avro zərər vurduğunu iddia edir

Xəbər verdiyimiz kimi, hazırda NATO Parlament Assambleyasının Ermənistanda 89-cu Rose-Roth seminarı keçirilir. Seminar çərçivəsində “Cənubi Qafqazda Enerji Təhlükəsizliyi” panelində çıxış edən Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin müavini Areq Qalstyan bildirib ki, Ermənistanın “ ... enerji siyasətində, xüsusilə qaz məsələsində, Xəzər dənizindən Avropa Birliyinə çəkilən boru xəttindən yararlanması uzunmüddətli enerji təhlükəsizliyimizi təmin edə bilərdi”.

Yenə həmin tədbirdə çıxış edən erməni enerji eksperti Ara Marcanyan bildirib ki, 90-cı illərdə Ermənistanda enerji böhranının əsas səbəbi Türkiyə və Azərbaycanın Ermənistana qarşı həyata keçirdiyi bloka olub. Marcanyanın fikrincə, bu gün də Türkiyə, Azərbaycan və müəyyən qədər Gürcüstan tərəfindən Ermənistana qarşı tətbiq oluna blokada siyasəti nəticəsində Ermənistanın bu günə qədər olan iqtisadi zərəri və itkisi 20 milyard avrodan çoxdur.

Qeyd edək ki, NATO-nun İrəvanda keçirilən 89-cu Rose Roth seminarı bu gün başa çatır. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol