Menu

Rusiya, Almaniya ilə münasibətləri inkişaf etdirməyə çalışır - PUTİN

20.06.2015, 18:41
Rusiya, Almaniya ilə münasibətləri inkişaf etdirməyə çalışır - PUTİN

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin Peterburq beynəlxalq iqtisadi forumunda çıxışı zamanı deyib ki, iki ölkə arasında əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Almaniya onun ölkəsinin vacib həmkarı olaraq qalır (Rosbalt).

Prezident iclas moderatorunun sualına cavab verərkən, deyib: «İxtiyari ölkə ilə münasibətlər təkcə Rusiyadan asılı deyil. Bu, qarşılıqlı prosesdir və birtərəfli qaydada həll oluna bilməz. Amma biz, Almaniya Federativ Respublikası (AFR) ilə münasibətləri inkişaf etdirməyə çalışırıq...».

Putin xatırladıb ki, hazırda Rusiyada 6 min 200 alman müəssisəsi işləyir və onlardan heç biri sanksiyaların tətbiqi səbəbindən, bağlanmayıb. Prezident qeyd edib ki, onun hiss etdiyi qədərində, «alman biznesi» ticarət əlaqələrini qırmaq istəmir.

«Bizim çox mehriban münasibətlərimiz var və biz hər şeyi edəcəyik ki, bu münasibətləri inkişaf etdirək. Avropada baş verəcək proseslər bizi maraqlandırır. Bəli, Almaniya ilə ticarətin həcmi əhəmiyyətli dərəcədə azalıb. Amma bu ölkə bizim əsas Avropa həmkarımız olaraq qalır. Ümid edirəm ki, problemlər gedəcək və biz, münasibətlərimizi bundan sonra da inkişaf etdirəcəyik. Biz, buna hazırıq» - deyə, prezident fikrini tamamlayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol