Menu

Makkeyn neftin ucuzlaşmasına görə Səudiyyə Ərəbistanına təşəkkür edib

21.06.2015, 13:57
Makkeyn neftin ucuzlaşmasına görə Səudiyyə Ərəbistanına təşəkkür edib

ABŞ senatoru Con Makkeyn Ukraynaya səfəri çərçivəsində neftin ucuzlaşmasına görə Səudiyyə Ərəbistanına təşəkkür edib.

APA-nın xəbərinə görə, bu barədə "Ukrinform" məlumat yayıb.

"Mən dəfələrlə demişəm ki, Rusiya özünü ölkə kimi təqdim edən yanacaqdoldurma məntəqəsidir. Buna görə də, sanskiyalarla onlara təsir etmək olar. Rusiyaya ən çox təsir edən isə, neftin ucuzlaşmasıdır ki, buna görə Səudiyyə Ərəbistanına minnətdar olmalıyıq", - deyə C. Makkeyn qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol