Ötən geçə ABŞ-ın Miçiqan və Pensilvaniya ştatlarında Cənubi Karolinada kilsələrdən birində 9 afro-amerikalının güllələnməsindən sonra iki atışma hadisəsi baş verib. Detroytda (Miçiqan ştatı) baş vermiş atışmada 1 nəfər həlak olub, 9 nəfər yaralanıb. Atışma basketbol meydançasında başlayıb.
Həmin meydançada uşaq ad günü mərasimi keçirilmiş. Atəş nəticəsində adı açıqlanmıyan 21 yaşlı kişi öldürülüb, uşaqlardan heç kim xəsarət almayıb. Eyni zamanda Filadelfiyada (Pensilvaniya ştatı) silahlı kişinin küçələrdən birində açdığı atəş nəricəsində 7 nəfər ralanıb, yaralanlar arasında 2 və 10 yaşlı iki uşaq var.
Bu silahlı hücumların səbəbi məlum deyil, hər iki halda atəş açanların şəxsiyyəti barədə məlumat yoxdur. Bundan əvvəl iyunun 17-də Cənubi Karolina ştatının Çarlston şəhərində 21 yaşlı Dilann Ruf irqi nifrət zəminində tarixi Afro-Amerika kilsəsində atəş açaraq 9 nəfəri - 6 qadın və kilsənin pastoru da daxil olmaqla 3 kişini - güllələmişdi. Güllənənlərin hamısı Afrika əsili amerikalılar olub.
Cümə günü Rufa qarşı 9 nəfərin qətlə yetirilməsilə bağlı ittiham irəli sürülüb. O, təqsirli olduğunu boynuna alıb.


Şərhlər