Menu

Nazim İbrahimovun qaynının ölümü ilə bağlı cinayət işi başlandı

22.06.2015, 10:57
Nazim İbrahimovun qaynının ölümü ilə bağlı cinayət işi başlandı

Yaxınları Məzahir Cəfərovun intiharına psixoloji durumun səbəb olduğunu deyirlər

Bakıda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi açılıb.

APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması faktı ilə üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, M. Cəfərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.

Yaxınları ilkin olaraq 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun intiharına ağır xəstəlikdən irəli gələn psixoloji durumun səbəb olduğunu göstəriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol