Menu

Bu gün boksçularımız 1/4 final mərhələsində döyüşəcək - SİYAHI

22.06.2015, 11:15
Bu gün boksçularımız 1/4 final mərhələsində döyüşəcək - SİYAHI

Bu gün Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinin görüşləri olacaq. Lent.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində Salman Əlizadə mübarizəyə 1/4 finaldan başlayacaq. Boksçumuz ilk görüşündə irlandiyalı Brendan İrvinlə üz-üzə gələcək.

52 kq çəki dərəcəsində Elvin Məmişzadə 1/4 mərhələsində bolqarıstanlı Daniel Asenovla qarşılaşacaq.

56 kq çəki dərəcəsində rumıniyalı Nikolae Andreiananı qalib gələn Tayfur Əliyev danimarkalı Frederik Yansenlə üz-üzə gələcək.

81 kq çəki dərəcəsində Teymur Məmmədov hollandiyalı Peter Mullenberqlə qarşılaşacaq.

+91 kq çəki dərəcəsində gürcüstanlı Mixail Baxtidzeyə qalib gələn Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə üzləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol