Menu

Ermənilər Azərbaycanda yanğın törədirlər

22.06.2015, 13:30
Ermənilər Azərbaycanda yanğın törədirlər

Ermənistan tərəfinin cəbhəboyu törətdiyi yanğınlar təsərrüfata ziyan vurur.

Ermənistan tərəfinin cəbhəboyu törətdiyi yanğınlar yenidən təsərrüfata ziyan vurub.

Alov Xocavənd rayonunun Haramı düzü adlanan ərazisindəki taxıl sahələrinə keçib.

Rayon İcra Hakimiyyətindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində 41 ha ərazidə biçilməmiş taxıl sahəsi yanıb.

Yanğın artıq söndürülüb.

Hazırda dəymiş ziyan dəqiqləşdirilir.

Qeyd edək ki, son zamanlar ermənilər cəbhəyanı ərazilərdə demək olar ki, hər gün yanğınlar törədirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol