Menu

Bakı – 2015: Daha bir idmançımız gümüş medalla kifayətlənməli olub

22.06.2015, 19:46
Bakı – 2015: Daha bir idmançımız gümüş medalla kifayətlənməli olub

Azərbaycanın sambo üzrə yığmasının üzvü İslam Qasımov finalda rusiyalı Aymerqen Atkunova məğlub olub.

Apasport.az saytının məlumatına görə, həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib

Qeyd edək ki, İ. Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib - 3:1.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol