Menu

İrəvanda polis etiraz aksiyasını dağıtdı - Yenilənib (FOTOLAR, VİDEO)

23.06.2015, 11:53
İrəvanda polis etiraz aksiyasını dağıtdı - Yenilənib (FOTOLAR, VİDEO)

Ermənistan polisi İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı aksiyanı qanunsuz elan edib. Musavat.com News.am-a istinadən xəbər verir ki, polis aksiyanın dağıdılacağını bildirib, fiziki güc və xüsusi vasitələrdən istifadə ediləcəyi barədə xəbərdarlıq edib.

ArmeniaToday xəbər verir ki, polis jurmalsitlərdən aksiyanın keçirildiyi Baqramyan küçəsini tərk etməyə çağırıb. Vəziyyət gərgindir. Xeyli sayda polis əməkdaşı və mülki geyimli əraziyə gətirilib.

* * *

Bu gün səhər saatlarında Ermənistan polisi Yerevanın mərkəzində elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyanı dağıdıb.

Yerli mətbuat orqanlarının məlumatına əsasən, müxtəlif polis şöbələrinə aparılan jurnalistlər arasında “Qala” şirkəti, Azadlıq Radiosunun Ermənistan xidməti, “Aykakan jamanak” qəzeti, “NETQ” nəşri, news.am, panarmenian.net saytlarının əməkdaşları var.

Bundan başqa, onlarla aksiya iştirakçısı saxlanılıb.

Hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat veriləcəyini bildirib.

Ermənistan mətbuatında xəsarət alanlar barədə xəbərlər də yer alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol