Menu

Alkoqolsuz içki istehsal edən 2 müəssisə bağlandı

23.06.2015, 16:31
Alkoqolsuz içki istehsal edən 2 müəssisə bağlandı

Bu il 7 alkoqolsuz içki istehsal edən müəssisədə dövlət nəzarəti həyata keçirilib

Bu barədə “a24.az”a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı deyib.fazil-talibli

Onun sözlərinə görə, araşdırma zamanı 1 müəssisənin fəaliyyətini dayandırdığı məlum olub: “Üç müəssisədə nöqsanlar aşkar edilib və bununla bağlı məhdudlaşdırıcı tədbilərin tətbiqi barədə qərar qəbul edilib. Bundan başqa. 1-də nöqsanların aradan qaldırıldığı məlum olub. İki müəssisədə isə məhsul istehsalı və satışına qadağa qoyulub. Bunlardan biri Balakən rayonu Qullar kəndində fiziki şəxs Yunusov Yaşara məxsus müəssisə olub. Digəri isə Qax rayonu Qum kəndində fiziki şəxs Əliyev Cüməliyə məxsus müəssisədir”.

Bundan başqa, o, bu aylar ərzində həyata keçirilən dövlət nəzarəti tədbirləri nəticəsində dondurma istehsal edən 1 müəssisədə də problem aşkar edildiyini söyləyib:”Məlum olub ki, dondurmanın uyğunluq sertifikatı yoxdur, ancaq istehsal həyata keçirilir. Ona görə də məhdudaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib. Amma sonradan sertifikat aldıqdan sonra istehsal bərpa edilib”.

O, problem aşkar edilən şirkət və ya dondurmanın adını açıqlamayıb: “Bu barədə məlumatım yoxdur. Onu bilirəm ki, idxal müəssisəsidir”,-deyərək fikrini tamamlaylb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol