Menu

Türkiyədə andiçmə başladı

23.06.2015, 17:44
Türkiyədə andiçmə başladı

İlk olaraq parlamentin müvəqqəti rəhbəri Dəniz Baykal çıxış edib və and içib.

Türkiyə Böyük Millət Məclisində yeni dövr başlayır. Yeni seçilən millət vəkilləri bu gün and içməyə başlayıblar.

Mərasimdən öncə Türkiyənin İstiqlal marşı oxunub.

Ən yaşlı deputat kimi müvəqqəti parlament rəhbəri olan Deniz Baykal çıxış edib.

"İndi yeni parlament ilə qarşı-qarşıyayıq. Məclis bir-birinə hörmət etməyə məcbur olan insanlardan, ancaq əl-ələ verərsə, qol-qola girərsə irəliləyə biləcək olan insanlardan ibarətdir. Xalqımızın istəyi belə oldu. Uzlaşmanın təməlində hüquq, əxlaq, vətənpərvərlik olacaq".

Çıxışdan sonra ilk olaraq D.Baykal and içib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol