Menu

“Avropada nüvə silahı yerləşdirməyəcəyik” - NATO rəsmisi

23.06.2015, 18:36

nato-otan“ABŞ Avropada strateji nüvə silahı yerləşdirməyəcək”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Duqlas Lut bəyan edib.

“Biz nüvə silahını vaxtilə çıxardığımız yerə yenidən qaytarmayacağıq. Bu, yaxın və orta məsafəli raketlərin ləğvi haqqında müqavilənin əsas prinsiplərini pozur”, - deyə o qeyd edib.

D. Lut həmçinin əlavə edib ki, Moskvanın ritorikası müvafiq sənədin Rusiya tərəfindən pozulması haqqında düşünməyə əsas verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol