Avropa İttifaqı hesab edir ki, Krım sakinləri şengen vizası almaq üçün şengen zonası ölkələrinin Ukrayna ərazisində yerləşən konsulluqlarına müraciət etməlidirlər. Bunu, viza məsələləri üzrə Avropa İttifaqının Moskvadakı numayəndəliyinin eksperti Yani Tayvalanti bəyan edib («İnterfaks»).
Moskvada keçirilən brifinqdə, «sentyarın 14-də Rusiya ərazisində fəaliyyətə başlayacaq viza-informasiya sistemi Krım ərazisində də işləyəcəkmi?» - sualını cavablandıran ekspert deyib: «Biz, bu mövqedən çıxış edirik ki, onlar Ukrayna ərazisindəki konsulluqlara müraciət etməlidirlər».
AzPolitika.info


Şərhlər