Menu

Kadırovun atlarına sanksiya qoyuldu

23.06.2015, 19:21
Kadırovun atlarına sanksiya qoyuldu

Çeçenistan respublikasının rəhbərinin at yarışlarından gəlirlərinə həbs qoyulub.

Çexiyanın maliyyə nazirliyi Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırovun at yarışlarından gəlirlərinə həbs qoyub.

ANS PRESS-in məlumatına görə, bu Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.

Nazirliyin saytında gedən məlumata görə, Çexiyanın Jokey klubunda fəaliyyət göstərərn bu yarış atları 2012-ci ildə Kadırovun adına qeydiyyatdan keçib. Nazirlik bildirir ki, gəlirərin dondurulması cəza deyil və atların fəaliyyətinə qadağa qoyulmayacaq.

Yarışlardan gələn gəlir isə atların saxlanmasına sərf olunacaq. Çexiyanın Jokey klubu Praqa ətrafında yerləşir.

İyunun 21-də 95-ci Çexiya derbisində Kadırovun Aldar adlı atı 4-cü olub. Almaniya da 2014-cü ilin oktyabrında Ramzan Kadırovun at yarışlarından gələn gəlirinə sanksiya tətbiq edib.

Çexiyanın “Hospodarske Noviny” qəzetinin yazdığına görə, Kadırov bundan sonra Almaniya və Çexiyadakı atlarını Yaxın Şərq ölkələrinə çıxarmağa başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol