Menu

ABŞ RUSİYAYA DOĞRU “YERİYİR” – Moskva nüvə başlıqlarının sayını artırır

23.06.2015, 21:39
ABŞ RUSİYAYA DOĞRU “YERİYİR” – Moskva nüvə başlıqlarının sayını artırır

Yeni nüvə raketləri və Rusiya-ABŞ münaqişəsi

16 iyun tarixində prezident Putin 2015-ci ildə Rusiya ordusunun 40 yeni qitələrarası ballistik raketlə təchiz olunacağını elan edib. Prezidentin dediyindən anlamaq olar ki, Ukrayna böhranı başlayandan sonra öz nüvə potensialı barəsində xəbərdarlıq edən Rusiya, bu sahədəki gücünü bir qədər də möhkəmləndirmək niyyətindədir. Moskvanın əzələ nümayişinə qarşı isə, ABŞ şərqi Avropa və Pribaltikada xeyli sayda silah yerləşdirməyi planlaşdırır. İndiki vəziyyət elə bir hal alıb ki, silahlanma yarışı bizim soyuq müharibədə gördüyümüz səviyyədə vüsət ala bilər. (“The Asahi Shimbun” - Yaponiya)

NATO-nun TƏSİRİ ALTINDA

Rusiya silahlı qüvvələrinin 40 ədəd qitələrarası ballistik raketlə təchiz olunması xəbərini Vladimir Putin “Ordu 2015” adlı hərbi-texniki sərginin açılışı zamanı verib.

Ekspertlər hesab edirlər ki, bu layihə əvvəllər də mövcud olub. Ancaq bu sözlərin indi deyilməsi NATO hərbi birləşmələrinin Rusiya yaxınlığında toplaşmasına baxmayaraq, Moskvanın ABŞ qarşısında boyun əyməyəcəyinə işarədir. Rusiya Federasiyası Müdafiə nazirinin müavinı Anatoli Antonov ABŞ-ı kəskin şəkildə tənqid edərək, bildirib ki, NATO ölkələri Rusiyanı silahlanmaya doğru yönəldir. Ukrayna böhranı alovlanan kimi, prezident Putin dəfələrlə beynəlxalq ictimaiyyətə qarşı təzyiq göstərərək, Rusiyanın güclü nüvə potensialına malik omasını vurğulayıb. O, Krımın Rusiyaya birləşdirilməsi prosesinin gedişində nüvə silahlarının yüksək səviyyədə döyüş hazırlığına gətirdiyini etiraf edib. Digər tərəfdən isə bu ilin mart ayında Rusiyanın şimalında geniş miqyaslı hərbi təlimlər həyata keçirilib. Həmin təlimlərin gedişində nüvə silahından istifadə edilməsi zamanı işə salınan siqnalın göndərilməsi üzərində çalışılıb. Nüvə silahını ölkənin əsas güdrəti hesab edən Putin, Rusiyanın nüvə potensialının ABŞ Hava Hücumundən Müdafiə sistemi tərəfindən tamamilə məhv oluna biləcəyindən ehtiyatlanır. Yeni qitələrarası balistik raketlərin Rusiya silahlı qüvvələrinin müvafiq hərbi hissələrində yerləşdirilməsi planını şərh edərkən, Putin bildirib ki, bu silahlar texniki cəhətdən ən müasir Hava Hücumundan Müdafiə sistemlərindən yan keçərək, nəzərdə tutulan hədəflərinə çata bilmək qabiliyyətinə malikdirlər. Finlandiya prezidenti Sauli Ninistyö ilə görüşündən sonrakı mətbuat konfransında Putin deyib: ”Biz daha şox Hava Hücumundən Müdafiə sitemlərinin geniş şəkildə yayılmasından ehtiyat edirik. Bu, strateji əhəmiyyət daşıyan dərin problemdir”.

Amerikanın Şərqi Avropa ölkələrində silah və hərbi qüvvə yerləşdirmək layihəsi

Bəs Rusiyanın bu planlarına qarşı Qərb necə reaksiya nümayiş etdirəcək? 16 iyunda ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri bəyan edib ki, heç kim soyuq müharibə dövrünə qayıtmaq istəmir. NATO-nun baş katibi Yens Stoltenberq Moskvanın qərarlarını tənqid edərək, deyib ki, Rusiyanın hərbi gücünü möhkəmləndirməsinə heç cür bəraət qazandırmaq olmaz. Stoltenberq əlavə olaraq bildirib ki, Kremlin atdığı addımlar vəziyyəti təhlükəli səviyyəyə qədər gərginləşdirir. Sözsüz ki, ABŞ Rusiyanın hərbi imkanlarının güclənməsindən narahatdır və elə buna görə də Rusiyanın qonşuluğundakı ölkələrə silah yerləşdirilməsi layihəsini irəliyə sürür. ”The New York Times” qəzeti ABŞ Müdafiə Nazirliyi Şərqi Avropa və Baltik ölkələrinə böyük sayda tank, zirehli transpartyor, müxtəlif növ artilleriya və raket qurğularının göndərilməsini müzakirə edib. Göndəriləcək əsgər sayının isə beş min nəfər olacağı gözlənilir. Güman olunur ki, bütün bunlar Rusiyanın aqressiv fəaliyyətlərinə qarşı adekvat cavabdır.

ABŞ müdafiə nazirinin mətbuat katibi Stiv Uorren şərqi Avropaya yerləşdiriləcək silahlar barəsində deyib: ”Raketlər nüvə başlıqları ilə təchiz olunmayıb. Bunlar təlim üçün nəzərdə tutulan avadanlıqlardır”.

Öz növbəsində Ağ Ev nümayəndəsi Coş Ernest qeyd edib ki, layihə hələ müzakirə mərhələsindədir. Bunula yanaşı Coş Ernest deyib ki, NATO ölkələrinin qorunması ABŞ-ın borcudur.

Avropada yeni silahların yerləşdirilməsi üçün ABŞ müdafiə naziri Eşton Karterin və Ağ Evin razılığı alınmalıdır. Belə ehtimal olunur ki, NATO ölkələrinin müdafiə nazirlərinin 24-25 iyunda Brüsseldə keçiriləcək yığıncağında bu layihə üçün yaşıl işıq yandırılacaq.

ÖLKƏLƏRƏ GÖRƏ HAZIRKİ NÜVƏ BAŞLIQLARININ SAYI

ABŞ - 7260

Rusiya - 7500

Böyük Britaniya - 215

Fransa - 300

Çin - 260

Hindistan – 90-110

İsrail - 80

Şimali Koreya - 6-8

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol