"Bakı-2015" I Avropa Oyunları davam edir. ANS PRESS-in məlumatına görə, artıq 163 dəst medal sahibini tapıb.İlk pillədə Rusiya qərarlaşıb. Şimal qonşumuzun aktivində 45-i qızıl, 23-ü gümüş və 19-u bürünc olmaqla ümumilikdə 87 medal var. Milli komandamız 39 medal qazanıb. Onlardan 14-ü qızıl, 11-i gümüş, 14-ü bürünc medaldı. Almaniya 11 qızıl, 9 gümüş, 12 bürünc medalla ilk "üçlüy"ü qapayır.
Bü gün ümumilikdə 16 idmançımız yarışlarda iştirak etsə də, heç biri medalçılar sırasına düşə bilməyib.
Bu gün mükafat qazanılmadığından, Azərbaycanın aktivindəki medalların sayı 39-da qalıb.



Şərhlər