Menu

Yol qəzasında Britaniya vətəndaşı həlak olub - Fotolar

24.06.2015, 13:19
Yol qəzasında Britaniya vətəndaşı həlak olub - Fotolar

İyunun 23-də Bakıda baş vermiş yol qəzasında Avropa Oyunlarının mərasim tədbirlərinin təşkili işində çalışan Britaniya vətəndaşı həlak olub.

Böyük Britaniya səfirliyinin sözçüsü Günel Əhmədovanın «Associated Press»ə verdiyi məlumata görə, adı açıqlanmayan həmin şəxsdən başqa qəzada yaralanmış daha iki britaniyalı xəstəxanaya yerləşdirilib.

İyunun 11-də başqa bir qəzada - «Atletlər kəndi»ndə avtobusun üç avstriyalı üzgüçünü vurması nəticəsində 15 yaşlı Vanessa Sahinovic onurğasından ciddi xəsarət alıb.

Xatırladaq ki, iyunun 23-də səhər Heydər Əliyev prospektində «Ford» mikroavtobusu ilə «Mercedes» markalı minik avtomobili toqquşub. Deformasiyaya uğramış avtomobildən 2 cəsəd çıxarılıb.

1 saylı Şəhər Klinik Xəstəxanasından AzadlıqRadiosuna bildiriblər ki, xəstəxananın reanimasiya şöbəsinə 4 xarici, 1 yerli vətəndaş gətirilib. Ancaq onların sağlıq durumu barədə əlavə məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol