Menu

Kəskin istilər davam edəcək - Proqnoz

24.06.2015, 13:22
Kəskin istilər davam edəcək - Proqnoz

İyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah ölkə ərazisində cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağı yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 37-42 dərəcə, dağlıq rayonlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol