Menu

Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı

24.06.2015, 15:32
Şamaxı Rəsədxanasının direktoru işdən çıxarıldı

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın strukturunda bəzi kadr dəyişiklikləri müzakirə olunacaq. "Report" xəbər verir ki, dəyişikliyə əsasən, AMEA-nın müxbir üzvü Əyyub Quliyev akademiyanın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsindən azad edilib.

Rəsədxana direktorunun səlahiyyətlərinin icrası müvəqqəti olaraq AMEA-nın müxbir üzvü Namiq Cəlilova tapşırılıb.

Eyni zamanda, akademik Adil Qəribov AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Fizika elmləri doktoru Oqtay Səmədov institutun müvəqqəti direktoru təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol