Menu

AZƏRBAYCANDA GENERALLARIN SAYI ARTDI - Sərəncam

24.06.2015, 20:31
AZƏRBAYCANDA GENERALLARIN SAYI ARTDI - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

AzPolitika.info Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, ölkə başçısının sərəncamı ilə aşağıdakı hərbi qulluqçulara general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Axundzadə Yusif Yevgeniyeviç

polkovnik Eyyubov Teymur Tərlan oğlu

polkovnik Əliyev İkram Zülfü oğlu

polkovnik Hüseynov Zahid İbrahim oğlu

polkovnik Orucov Elman İzzət oğlu

Dövlət baççısının digər sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroru Yaşar Əli oğlu Həsənova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol