Menu

3 qadın snayper öldürüldü

25.06.2015, 10:20
3 qadın snayper öldürüldü

Çindən, Əfqanıstandan və Hindistandan olan 3 qadın snayper yerli polis tərəfindən öldürülüb.

İŞİD terror qruplşmasının üzvü olan 3 qadın snayper Beyci rayonunda İraq təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Anspress-in məlumatına görə, bu barədə İraq Federal Polisi xəbər yayıb. Bildirilir ki, Şimali Bağdad briqadasının keçirdiyi əməliyyat nəticəsində Çindən, Əfqanıstandan və Hindistandan olan 3 qadın snayper öldürülüb.

Xatırladaq ki, İŞİD terror qruplaşmasının 2014-cü ilin 10 iyununda Mosulu və digər bəzi bölgələri ələ keçirməsi ilə başlayan işğal prosesi ölkənin müxtəlif şəhərlərində hələ də davam edir. İraq ordusu ilə Peşmərqə qüvvələri İŞİD-in işğal etdiyi əraziləri geri almaq üçün intensiv əməliyyatlar keçirir. Bu əməliyyatlar zamanı ABŞ rəhbərliyindəki koalisiya qüvələri də onlara dəstək verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol