Menu

"Fransanı daha izləmirik" - ABŞ

25.06.2015, 10:28
"Fransanı daha izləmirik" - ABŞ

ABŞ prezidenti Barak Obama fransız həmkarı Francois Hollandeyə bildirib ki, ABŞ, daha Fransanı izləmir.

Ötən gün WikiLeaks resursunun dərc etdiyi sənədlərdə Amerika xüsusi xidmət orqanları tərəfindən Fransa prezidentlərinin danışıqlarının dinlənildiyi iddia olunduqdan sonra, cənab Obama həmkarı ilə telefonda danışıb.

Söhbətdən sonra, Ağ Ev bildirib ki, Francois Hollandenin danışıqlarının dinlənilməsi "bizim məqsədimiz deyil və olmayacaq".

Bundan əlavə, fransız kəşfiyyatı nümayəndə heyəti də məsələni müzakirə etmək üçün Vaşinqtona gedəcək.

WikiLeaks-ə görə ABŞ Milli Təhlükəsizlik Agentliyi Fransa prezidentləri Jacques Chirac, Nicolas Sarkozy və Francois Hollandeni 2006-2012-ci illərdə izləyib, ABŞ, bu iddiaları rədd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol